×
A
A
A
Sazlamalar

Turizm, idman və təbiətə sevgi MDB ölkələrini “Çimqan əks-sədası-2019” festivalında bir araya gətirib

Bakı, 19 iyun, AZƏRTAC

Özbəkistanda “Çimqan əks-sədası -2019” Beynəlxalq Ekoloji Turizm Festivalının təntənəli açılışı olub. Festivalın yeni formatı idman turizmi üzrə müxtəlif yarışların keçirilməsi yolu ilə MDB ölkələri arasında dostluq münasibətlərini möhkəmləndirmək məqsədi daşıyır.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin rəsmi saytına istinadla xəbər verir ki, festivalın rəsmi açılışında Özbəkistan Respublikası Oli Majlisinin deputatı L.Kaşalapova, Özbəkistan Ekstremal və Dağ Turizmi Federasiyasının sədri L.Kozlovski və başqaları çıxış ediblər.
Açılış mərasimində yeni istedadlar axtarışında turizm-müəllif mahnısı müsabiqəsi keçirilib. Müsabiqədə Qırğızıstan, Özbəkistan, Qazaxıstan və başqa ölkələrdən klublar iştirak ediblər.
Festivalın əsas məqsədi gənclərə sağlam həyat tərzi aşılamaq, yaxın və uzaq xarici ölkələrlə dostluq əlaqələrini möhkəmləndirmək, habelə ölkədə idman və dağ turizmini inkişaf etdirməkdir
İdman turizmi, skayranninq üzrə bir sıra yarışlar və “Biz təmiz Çimqan istəyirik” ekoloji aksiyası festivalın əsas proqramıdır.

Cəmiyyət 2019-06-19 17:33:00