×
A
A
A
Sazlamalar

Paytaxtda avtomobil qaçıran keçmiş məhkum yaxalanıb

Bakı, 19 iyun, AZƏRTAC 

İyunun 18-nə keçən gecə Nərimanov rayonunun A.Nemətulla küçəsindən Bakı şəhər sakini N.Şirəliyevə məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş N.Ağamuradov Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 15 radələrində Abşeron rayonu ərazisində avtomobillə birgə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-06-19 17:26:00