×
A
A
A
Sazlamalar

Baş prokuror Astarada vətəndaşların qəbulunu keçirəcək

Bakı, 19 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Zakir Qaralov iyunun 28-də saat 10:00-da Astara Rayon Prokurorluğunun inzibati binasında Astara, Lerik və Yardımlı rayonları sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Astara rayonuna gəlmələri müvafiq rayon prokurorları tərəfindən təşkil ediləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Sosial 2019-06-19 16:42:00