×
A
A
A
Sazlamalar

Gömrük nəzarətindən gizlədilən siqaretlərin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 19 iyun, AZƏRTAC

Gömrük nəzarətindən gizlədilən siqaretlərin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ-2106” markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə “Nike” ləqəbli kinoloji xidməti itin tətbiqi ilə gömrük baxışı keçirilib. Baxış zamanı kinoloji xidməti itin reaksiyası nəticəsində avtomobilin sağ və sol qanadlarında 400 ədəd “Marlboro” və 1200 ədəd “Parliament” markalı siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-06-19 14:25:00