×
A
A
A
Sazlamalar

Zaqatala sakinindən beş kiloqrama yaxın marixuana götürülüb

Bakı, 19 iyun, AZƏRTAC 

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Lahıc kənd sakini, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 37 yaşlı Ramin Abdurahmanov saxlanılaraq polis şöbəsinə gətirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, axtarış zamanı ondan 10 qrama yaxın qurudulmuş marixuana aşkarlanıb. R.Abdurahmanovun yaşadığı evə də polis əməkdaşları tərəfindən baxış keçirilib. Evin zirzəmisindən 3 kiloqram 745 qram və Lahıc kəndindəki çöllük ərazidə gizlətdiyi 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hadisə 2019-06-19 12:49:00