×
A
A
A
Sazlamalar

Bakıda içərisində külli miqdarda pul və qızıl-zinət əşyaları olan seyf oğurlanıb

Bakı, 19 iyun, AZƏRTAC 

Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə müraciət edən Bakı şəhər sakini mənzilindən içərisində 15 min manat və 15 min ABŞ dolları, habelə 40 min manat dəyərində qızıl-zinət əşyaları olan seyfin və mobil telefonunun oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.
Oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Dəyanət Şirəliyev keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.

Hadisə 2019-06-19 11:53:00