×
A
A
A
Sazlamalar

Misirlə ABŞ arasında əmtəə dövriyyəsinin səviyyəsi rekord həddə çatıb

Qahirə, 18 iyun, AZƏRTAC

2019-cu ilin birinci rübündə Misirlə ABŞ arasında əmtəə dövriyyəsi artaraq rekord göstəriciyə - 2,2 milyard dollara çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26 faiz çoxdur və əvvəlki illərin müvafiq göstəricilərini üstələyir.
AZƏRTAC Misir Maliyyə Nazirliyinə istinadla bildirir ki, Misirdən ABŞ-a ixrac 49 faiz artaraq 465,6 milyon dollardan 692,9 milyon dollara çatıb. Ümumi ixracın 80,4 faizini təşkil edən qeyri-neft sektoru məhsulları ixracı 39 faiz artaraq 400,4 milyon dollardan 556,6 milyon dollara çatıb.
Qeyd edilir ki, Misir və ABŞ arasında ticarət balansının kəsiri 0,5 faiz azalaraq 802,8 milyon dollardan 798,7 milyon dollara düşüb.

Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2019-06-18 21:43:00