×
A
A
A
Sazlamalar

Milli Məclisin deputatı Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək

Bakı, 18 iyun, AZƏRTAC

Milli Məclisin deputatı Mixail Zabelin Pravoslav Parlamentlərarası Assambleyasının 26-cı Baş Assambleyasında iştirak etmək üçün iyunun 19-da Gürcüstanın paytaxtı Tbilisiyə səfər edəcək.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə “Parlamentarizmin müasir siyasi və sosial hadisələr anlayışına töhfəsi” mövzusunda müzakirələr keçiriləcək.
Deputat dünyada baş verən ictimai-siyasi proseslərə parlamentlərin təsir imkanları, ölkəmizdə bu istiqamətdə görülən işlər barədə fikirlərini bölüşəcək.

Siyasət 2019-06-18 21:38:00