×
A
A
A
Sazlamalar

“Borussiya Dortmund” klubunun rəhbərliyi baş məşqçi Lüsyen Favr ilə yeni müqavilə imzalayıb

Bakı, 18 iyun, Nicat Məmmədov, AZƏRTAC

Almaniyanın “Borussiya Dortmund” futbol klubunun rəhbərliyi baş məşqçi Lüsyen Favr ilə müqavilənin müddətini uzadıb.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, müqaviləyə əsasən, 61 yaşlı mütəxəssis 2021-ci il iyunun 30-dək komandanı çalışdıracaq.
L.Favr 2018-ci ilin mayından Dortmund təmsilçisinə rəhbərlik edir. Komanda ötən mövsüm Almaniya çempionatında liderdən cəmi iki xal geri qalaraq 76 xalla ikinci yeri tutub.
O, daha əvvəl “Nitsa”, “Borussiya Münxenqladbax”, “Herta” (Almaniya), İsveçrənin “Surix”, “Servet”, “İverdon” və “Eşalen” komandalarının baş məşqçisi olub.

 

İdman 2019-06-18 19:21:00