×
A
A
A
Sazlamalar

Azərbaycan-Yaponiya arasında ekoturizm sahəsində potensial əməkdaşlıq imkanları müzakirə olunub

Bakı, 18 iyun, AZƏRTAC 

İyunun 18-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində Yaponiya Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin yanında Turizm Agentliyinin sədr müavini Cun Takaşina ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Azərbaycan-Yaponiya arasında əməkdaşlığın mövcud vəziyyəti, həmçinin ekoturizm sahəsində potensial əməkdaşlıq imkanları müzakirə olunub. Görüş zamanı tərəflər arasında fikir mübadiləsi də aparılıb.

Ekologiya 2019-06-18 18:39:00