×
A
A
A
Sazlamalar

Qobustanda taxıl biçininə başlanılıb

Qobustan, 18 iyun, AZƏRTAC 

Qobustan taxılçıları biçini kampaniyasına start veriblər və bir neçə gündə 1310 hektar sahənin məhsulu yığılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 31 min 183 hektar sahədə taxıl yetişdirilib. Zəmilərin 22 min 258 hektarı buğda, 8 min 925 hektarı isə arpadır. Hazırda bütün qüvvələr məhsulun tez və itkisiz toplanmasına səfərbər edilib.
İlk günlərdən sahələrə 30 kombayn çıxarılıb və ilkin olaraq arpa biçilir. Hələlik hər hektardan orta məhsuldarlıq 23,8 sentnerdir ki, bu da ötən ilki göstəricidən 1,8 sentner çoxdur. Bir sıra ərazilərdə, o cümlədən Dərəkənd, Qobustan şəhər, Sündü, Təklə, Cəyirli və digər ərazi dairələrində məhsuldarlıq 25-30 sentnerdir.
Rayonda cari mövsümdə 70 min ton taxıl istehsal ediləcəyi gözlənilir.

Kənd təsərrüfatı 2019-06-18 17:02:00