×
A
A
A
Sazlamalar

Sənaye məhəllələrində indiyədək 33 milyon manatlıq məhsul istehsal edilib

Bakı, 18 iyun, AZƏRTAC

Ölkədə fəaliyyətdə olan sənaye məhəllələrində bu vaxtadək 33 milyon manatlıq məhsul istehsal edilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin sənaye məhəllələrində qeydiyyatdan keçmiş iştirakçıların sayı 36 olmaqla ümumilikdə 140 milyon manatadək investisiya yatırılması, 2 minədək iş yerinin yaradılması nəzərdə tutulur.
Bu müəssisələrin 21-i artıq istehsal fəaliyyətinə başlayıb. Cari ildə daha 15 müəssisə fəaliyyətə başlayacaq.

İqtisadiyyat 2019-06-18 16:32:00