×
A
A
A
Sazlamalar

İlin ilk 4 ayında 582,7 milyon dollarlıq qeyri-neft məhsulları ixrac olunub

Bakı, 18 iyun, AZƏRTAC

Cari ilin yanvar-aprel aylarında ölkədən 582,7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu da ötən ilin müvafiq aylarına nisbətən faktiki qiymətlərlə 20,1 faiz, real ifadədə isə 14,4 faiz çoxdur.
Qeyri-neft məhsulları üzrə ixracın dəyərində Rusiyaya (28,3 faiz), Türkiyəyə (25,4 faiz), Gürcüstana (10,7 faiz), İsveçrəyə (7,7 faiz), İtaliyaya (3,8 faiz), Yunanıstana (2,6 faiz), Ukraynaya (2,3 faiz), Çinə (2,1 faiz), İrana (2 faiz) və Almaniyaya (1,7 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
Yanvar-aprel aylarında keçən ilin eyni dövrünə görə mühüm məhsul növlərindən təzə meyvə ixracı 32,7 faiz, təzə tərəvəz 30,6 faiz, tütün 2 dəfə, meyvə və tərəvəz şirələri 38,6 faiz, meyvə və tərəvəz konservləri 10 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 4 faiz, pambıq lifi 3,2 dəfə, pambıq ipliyi 44,8 faiz, qara metallardan yarımfabrikatlar 5,6 dəfə, bentonit gili 31 faiz artıb. Şəkər tozu ixracı isə 18,4 faiz, çay 12,1 faiz, kartof 24,3 faiz, bitki yağları 2,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu 19,1 faiz, polietilen 5,5 faiz, emal olunmamış alüminium 7,5 faiz, qara metallardan borular ixracı 77,9 faiz azalıb.

İqtisadiyyat 2019-06-18 16:16:00