Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ölkədəki sənaye parklarında bu vaxtadək istehsal edilən məhsulun dəyəri açıqlanıb

Bakı, 18 iyun, AZƏRTAC

İndiyədək ölkədəki sənaye parklarında 1,39 milyard manat dəyərində məhsul istehsal edilib ki, bunun 267 milyon manatlıq hissəsi ixrac olunub.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu vaxtadək sənaye parklarına 3,3 milyard dollar investisiya qoyulub. Sənaye parklarında 9 minədək daimi iş yeri yaradılıb.
Növbəti mərhələdə 400 milyon dollaradək sərmayə qoyuluşu, 1600-dən çox iş yerinin açılması nəzərdə tutulur.

İqtisadiyyat 2019-06-18 16:10:00