×
A
A
A
Sazlamalar

Lombarda saxta qızıl verən şəxs yaxalanıb

Bakı, 18 iyun, AZƏRTAC

İyunun 17-də saat 15 radələrində Xətai rayonu ərazisindəki lombardların birindən rayon mühafizə idarəsinə “Həyəcan” siqnalı daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal həmin ünvana gəlmiş polis əməkdaşları tərəfindən lombarda saxta qızıl verən şəxsin 1300 manat pul alaraq qaçdığı müəyyənləşib.
Polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs saxlanılaraq 36-cı polis bölməsinə təhvil verilib. Onun Bakı şəhər sakini E.Mustafayev olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-06-18 14:43:00