×
A
A
A
Sazlamalar

Xaçmazdan Bakıya satmaq üçün narkotik vasitə gətirən şəxs tutulub VİDEO

Bakı, 18 iyun, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə və Baş Dövlət Yol Polis idarələrinin birgə həyata keçirdikləri uğurlu əməliyyat nəticəsində satmaq niyyəti ilə paytaxt ərazisinə narkotik vasitələr gətirən şəxs saxlanılıb.
DİN-dən AZƏRTAC-a bildiriblər ki, Xaçmaz rayon sakini, əvvəllər məhkum edilmiş Mübariz Novruzi paytaxt istiqamətində hərəkətdə olan zaman onun sərnişin kimi əyləşdiyi avtomobil daxil olmuş məlumat əsasında Yol Patrul Xidməti Alayının 1-ci tağımının Saray qəsəbəsindəki stasionar postunda saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 251,189 qram yüksək təsiredici xassəyə malik heroin və 250,015 qram tiryək aşkarlanaraq götürülüb. M.Novruzi ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə Bakıya apardığını etiraf edib.
Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Hadisə 2019-06-18 13:04:00

Video