×
A
A
A
Sazlamalar

Bu yollarda rənglənmə işləri aparılır

Bakı, 18 iyun, AZƏRTAC 

Bakıda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə iyunun 18-də axşam saatlarınadək Sabunçu rayonunun Zabrat-Maştağa-Buzovna avtomobil yolunda üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, analoji işlər Nərimanov rayonunun Həsən Əliyev küçəsində saat 22:00-dan iyunun 19-u səhər saatlarınadək aparılacaq.
Sürücülərdən sözügedən ərazilərdə müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Tikinti̇ 2019-06-18 10:42:00