×
A
A
A
Sazlamalar

MİDA: Hövsan Yaşayış Kompleksi 2962 ailəni mənzillə təmin edəcək

Bakı, 18 iyun, AZƏRTAC
Xəzər sahilindən 2 kilometr məsafədə, ekoloji cəhətdən təmiz və yaşayış üçün rahat bir məkanda yerləşən Hövsan Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir.
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a verilən məlumata görə, 2020-ci ilin birinci yarısında mənzillərin vətəndaşlara təklif edilməsi planlaşdırılır.
On bir çoxmənzilli yaşayış binasından ibarət olan Hövsan Yaşayış Kompleksi 2962 ailəni mənzillə təmin edəcək. 

Tikinti̇ 2019-06-18 10:59:00