×
A
A
A
Sazlamalar

Türkiyədə sel 4 nəfərin ölümünə səbəb olub

Ankara, 18 iyun, AZƏRTAC

Türkiyənin Ağrı vilayətinin Diyadin rayonunda güclü sel və daşqın insan tələfatına səbəb olub.
AZƏRTAC xəbər verir ki, qəfil yağan yağış küçə və meydanlarda insanları çətin vəziyyətə salıb. Nəqliyyat vasitələrinin hərəkəti mümkünsüz olub. İkisi uşaq olmaqla 4 nəfər seldə boğularaq ölüb.
Əskişəhərdə də qəfil baş verən yağış böyük fəsadlar törədib. Su basması nəticəsində şəhər təsərrüfatına və əhaliyə xeyli ziyan dəyib.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-06-18 05:00:00