×
A
A
A
Sazlamalar

Tacikistanda altıayaqlı buzov doğulub

Düşənbə, 18 iyun, AZƏRTAC

Tacikistanın Xocənd şəhərinin ətraf qəsəbələrinin birində altı ayaqlı buzov doğulub.
AZƏRTAC xəbər verir ki, buzovun iki qabaq və iki arxa ayaqları qaydasındadır, daha iki ayağın biri qarnının üstündə, digəri isə boğazının yuxarısından asılıb.
Yerli zootexnik bildirib ki, dünyada beşayaqlı buzov çox doğulub amma altıayaqlı ev heyvanının doğulması nadir hadisədir. O qeyd edib ki, bəziləri yuxarı ətrafda olan ayaqların əməliyyat vasitəsilə götürülməsini təklif edir. Buzovun yiyəsi isə imtina edir. Yuxarı ətrafda olan ayaqlar buzovun normal yaşamasına mane olmur.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə

Bu maraqlıdır 2019-06-18 04:17:00