×
A
A
A
Sazlamalar

“Azərişıq” ASC Avropa liseyinin şagirdləri üçün “Yeni Yaşma KEP”də ekskursiya təşkil edib

Bakı, 18 iyun, AZƏRTAC
Avropa liseyinin 7-ci sinif şagirdləri üçün “Azərişıq” ASC-nin balansında olan “Yeni Yaşma” Külək Elektrik Parkına tanışlıq ekskursiyası təşkil edilib.
Bu barədə AZƏRTAC-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
O bildirib ki, əvvəlcə şagirdlərə “Yeni Yaşma KEP” ərazisində Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə ilkin təlimat keçirilib. Sonra şagirdlərə tanışlıq video-çarxı nümayiş edilib. “Yeni Yaşma KEP”in tarixi və “Azərişıq” ASC-nin fəaliyyəti, həmçinin fərdi mühafizə vasitələrinə dair geniş məlumat verilib, onların istifadə zərurəti izah edilib, qaydalar praktiki olaraq şagirdlərin üzərində göstərilib.
T.Mustafayev qeyd edib ki, daha sonra “Yeni Yaşma KEP”in Tədris Mərkəzində olan imitasiya stendi və mühəndislərin hazırlanmasında üstünlükləri barədə danışılıb. İmitasiya stendini işə qoşaraq işləmə prinsipi və sadə məsələ həlli şagirdlərə nümayiş edilib. Şagirdlər Dispetçer İdarəetmə Mərkəzi ilə də tanış olub, alternativ və bərpa olunan enerji mənbələrinin effektivliyi barədə məlumatlandırılıb.

Energetika 2019-06-18 04:50:00