×
A
A
A
Sazlamalar

Ordubad rayonunda humanitar tibbi aksiya keçirilib

Naxçıvan, 17 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimləri Ordubad Rayon Mərkəzi Xəstəxanası ilə birgə humanitar tibbi aksiya keçiriblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yaradılmış birgə həkim briqadası tərəfindən tibbi xidmətlər xəstəxanaya gələ bilməyən ahıl və hərəkətsiz xəstələrə evlərində göstərilib.
Tibbi aksiyada oftalmoloq, uroloq, endokrinoloq, terapevt, nevropatoloq və LOR həkimləri iştirak ediblər.
Otuz xəstə ambulator müayinələrdən keçirilib, müvafiq tövsiyələr verilib.
Qeyd edək ki, humanitar tibbi aksiya muxtar respublikanın digər rayonlarında da həyata keçiriləcəkdir.

Regionlar 2019-06-17 20:04:00