×
A
A
A
Sazlamalar

Masallının Lürən kəndində yeni tibb məntəqəsi istifadəyə verilib

Masallı, 17 iyun, Bağır Əliyev, AZƏRTAC
İyunun 17-də Masallı rayonunun Lürən kəndində yeni tibb məntəqəsi istifadəyə verilib. Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, səhiyyə işçiləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayonun tibb işçilərini əlamətdar gün münasibətilə təbrik edərək, ölkəmizdə, o cümlədən Masallı rayonunda səhiyyənin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb.
Lürən kənd ərazi icra nümayəndəsi Zakir Əbilov, Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov, kənd ağsaqqalı Balakərim Yaqubov, Lürən kənd tibb məntəqəsinin müdiri Narıngül Cabbarova və başqaları əlamətdar gündə kənd sakinlərinə hədiyyə edilən bu gözəl töhfəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra tədbir iştirakçıları yeni tibb məntəqəsində yaradılan şəraitlə yaxından tanış olublar.

Regionlar 2019-06-17 19:10:00