×
A
A
A
Sazlamalar

Sarayda sürücü yüksək sürətin qurbanı olub

Saray, 17 iyun, AZƏRTAC

Abşeron rayonunun ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rayon polis idarəsindən AZƏRTAC–a faktı təsdiqləyərək bildirilib ki, hadisə günorta saatlarında qeydə alınıb. Qeyd olunub ki, Bakıdan Saray yolu ilə Sumqayıt istiqamətində hərəkət edən “Mercedes” markalı avtomobil idarəetməni itirərək divara çırpılıb. İlkin ehtimala görə qəzaya səbəb sürət həddini aşmaq olub.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım briqadası cəlb edilib.
Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Regionlar 2019-06-17 17:42:00