×
A
A
A
Sazlamalar

Bu il 6,3 min ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac olunub

Bakı, 17 iyun, AZƏRTAC

Beş ayda ölkədən 6 min 309 ton bitki və heyvan mənşəli piy və yağ ixrac olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Qeyd edilən dövrdə ixrac edilən piy və yağların dəyəri isə 6 milyon 713 min ABŞ dolları olub.
Xatırladaq ki, keçən ilin müvafiq dövründə ölkədən 5 milyon 306 min dollarlıq 5 min 307 ton bitki və heyvan mənşəli piy və yağlar ixrac edilmişdi.

İqtisadiyyat 2019-06-17 17:27:00