×
A
A
A
Sazlamalar

Buğda idxalı artıb

Bakı, 17 iyun, AZƏRTAC
Yanvar-may aylarında ölkəyə 551 min 443 ton buğda idxal olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Hesabat dövründə idxal edilən buğdanın dəyəri isə 124 milyon 453 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkəyə 84 milyon 122 min dollarlıq 481 min 10 ton buğda idxal edilmişdi.

İqtisadiyyat 2019-06-17 17:25:00