×
A
A
A
Sazlamalar

Beş ayda 37 milyon dollarlıq alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub

Bakı, 17 iyun, AZƏRTAC
Yanvar-may aylarında ölkədən 18 min 165 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Hesabat dövründə ixrac edilən alüminium və ondan hazırlanan məmulatların dəyəri 36 milyon 958 min ABŞ dolları olub.
Xatırladaq ki, keçən ilin müvafiq dövründə 57 milyon 950 min dollarlıq 25 min 248 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilmişdi.

İqtisadiyyat 2019-06-17 17:17:00