×
A
A
A
Sazlamalar

Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracı 1 milyard dollar artıb

Bakı, 17 iyun, AZƏRTAC

Cari ilin yanvar-may aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 4 milyard 820 milyon 977 min ABŞ dollarlıq məhsul ixrac olunub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2018-ci ilin müvafiq dövrünə nisbətən 1 milyard 164 milyon dollar çoxdur.
Beş ayda Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 997 milyon 382 min dollar olub.

İqtisadiyyat 2019-06-17 17:07:00