×
A
A
A
Sazlamalar

Beynəlxalq Enerji Agentliyi: Gələn il qlobal neft tədarükü tələbatı ötəcək

Bakı, 17 iyun, AZƏRTAC
2020-ci ildə qlobal neft tədarükü tələbatı üstələyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb.
Bildirilir ki, gələn il OPEC-ə üzv olmayan istehsalçıların böyük bir geosiyasi inkişaf olmadığı təqdirdə artan tələbatın ödənilməsi üçün hasilatı çoxaldacağı, OPEC-ə üzv ölkələrin isə sutkada 3,2 milyon barrellik tumumu istifadə etməyəcəyi gözlənilir.
IEA 2020-ci ildə qlobal neft tələbatının gündəlik 1,4 milyon barrel artacağını, istehsalın isə sutkada 2,4 milyon barrel çoxalacağını proqnozlaşdırır.

Neft - qaz 2019-06-17 16:59:00