×
A
A
A
Sazlamalar

Ölkədən 436,2 min ton neft məhsulları göndərilib

Bakı, 17 iyun, AZƏRTAC
Yanvar-may aylarında Azərbaycandan 436 min 224 ton (2710 mal kodu üzrə) neft məhsulları ixrac edilib. İxrac edilən neft məhsullarının dəyəri isə 219 milyon 985 min ABŞ dolları olub.
Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Xatırladaq ki, ötən ilin müvafiq aylarında ölkədən 517 min 915 ton neft məhsulları ixrac olunmuş, həmin ixracın dəyəri 267 milyon 629 min dollar təşkil etmişdi.

Neft - qaz 2019-06-17 16:42:00