×
A
A
A
Sazlamalar

Ət idxalı artıb

Bakı, 17 iyun, AZƏRTAC
Yanvar-may aylarında ölkəyə 20 min 292 ton ət idxal olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Hesabat dövründə idxal edilən ətin dəyəri isə 29 milyon 376 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin ilk 5 ayında ölkəyə 27 milyon 54 min dollarlıq 18 min 450 ton ət idxal edilmişdi.

İqtisadiyyat 2019-06-17 16:38:00