×
A
A
A
Sazlamalar

Bu il 114 min tonadək plastmas və onlardan hazırlanan məmulatlar ixrac olunub

Bakı, 17 iyun, AZƏRTAC

Cari ilin ilk 5 ayında ölkədən 113 min 954 ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
İxrac olunan plastmas və onlardan hazırlanan məmulatların dəyəri isə 89 milyon 904 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə Azərbaycandan 59 milyon 20 min dollarlıq 76 min 295 ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac olunmuşdu.

İqtisadiyyat 2019-06-17 16:33:00