×
A
A
A
Sazlamalar

Milli Oftalmologiya Mərkəzinin əməkdaşları Nitsa şəhərində keçirilən konqresdə çıxış ediblər

Bakı, 17 iyun, AZƏRTAC 

İyunun 13-dən 16-dək Fransanın Nitsa şəhərində “SOE 2019” (“European Society of Ophthalmology 2019”) konqresi keçirilib.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən AZƏRTAC-a verilən xəbərə görə, dünyanın bir çox yerindən oftalmoloqların iştirak etdiyi konqresdə azərbaycanlı mütəxəssislər, o cümlədən mərkəzin əməkdaşları məruzələrlə çıxış ediblər.
Konqresdə oftalmologiya sahəsindəki elmi yeniliklər, müasir texnologiyalar və yeni biliklər müzakirə edilib.

Səhiyyə 2019-06-17 16:17:00