×
A
A
A
Sazlamalar

Antverpen gömrükxanasında rekord həcmdə yeni kokain partiyası saxlanılıb

Brüssel, 17 iyun, AZƏRTAC

Deyəsən, Antverpen Latın Amerikasından Avropaya kokain göndərilməsi yolunda əsas “yükaşırma” məntəqəsinə çevrilməkdədir.
AZƏRTAC keçən həftə xəbər vermişdi ki, Antverpen gömrükçüləri 617 kiloqram kokain tutublar. Elə həmin həftə yerli polis silah alverçilərini təqib edərkən təsadüfən daha 151 kiloqram eyni növlü narkotik aşkar edib.
Bu gün isə Antverpen limanındakı gömrükçülər Latın Amerikasından göndərilən konteynerə baxış zamanı özlərinin əvvəlki rekordunu təzələyiblər: bu dəfə üç tondan çox kokain tapılıb.
Düyü kisələrində gizlədilmiş kokain Niderlandda adları hələ bildirilməyən alıcılar üçün nəzərdə tutulubmuş.
Təhqiqat başlanıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel

Dünya 2019-06-17 15:45:00