×
A
A
A
Sazlamalar

Bu il qlobal neft tələbatı sutkada 100,3 milyon barrel olacaq

Bakı, 17 iyun, AZƏRTAC
Cari ildə qlobal neft tələbatının gündəlik 100,3 milyon barrelə yüksələcəyi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, 2019-cu ildə qlobal neft tələbatı 1 milyon 200 min barrel artaraq sutkalıq orta hesabla 100 milyon 300 min barrel təşkil edəcək.
IEA-ya görə, bu il neftə olan gündəlik tələbatda 35 milyon 400 min barrel ilə Asiya-Sakit okean ölkələri ilk sırada olacaq. Sonrakı yerlərdə isə 32 milyon 100 min barrellə Amerika qitəsi və 15 milyon 200 min barrel ilə Avropa qərarlaşacaq.

Neft - qaz 2019-06-17 15:01:00