×
A
A
A
Sazlamalar

Ağcabədidə bu vaxta kimi 30 min tonadək taxıl tədarük olunub

Ağcabədi, 17 iyun, AZƏRTAC

Ağcabədi rayonunda taxıl biçini davam edir. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu günədək 5 min 196 hektarda arpa, 3 min 479 hektarda buğda biçilib, 29 min 728 ton məhsul tədarük edilib. Bunun 12 min 228 tonu buğda, 17 min 500 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla 34,26 sentner təşkil edir.
Qeyd edək ki, cari ilin məhsulu üçün Ağcabədidə 22 min 413 hektarı buğda, 5 min 637 hektarı arpa olmaqla 28 min 50 hektarda taxıl becərilib.

Kənd təsərrüfatı 2019-06-17 13:29:00