×
A
A
A
Sazlamalar

Bu gün “AgroX” innovasiya proqramına qeydiyyat başa çatır

Bakı, 17 iyun, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi ilə “Startup Azərbaycan” təşkilatının birgə “AgroX” innovasiya proqramına iyunun 17-də saat 00:00-da qeydiyyat başa çatır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Startup Azərbaycan” məlumat yayıb.
Bildirilir ki, proqramda iştirak üçün indiyədək 41 layihə təqdim olunub.
“AgroX” innovasiya proqramına təqdim olunan layihələr arasında iki mərhələli seçim olacaq. Birinci mərhələdə hər bir iştirakçının münsiflər qarşısında qısa təqdimatı və qiymətləndirmə olacaq. İkinci mərhələdə iştirak üçün seçilmiş layihələr üçün təlimlər təşkil olunacaq, mentor dəstəyi ilə startapçılar layihələrini inkişaf etdirəcəklər. Yekunda startapçılar layihələrinin ilkin versiyalarının təqdimatını edəcəklər.
Əlavə məlumatlar iştirakçılara göndəriləcək.
Qeyd edək ki, “AgroX” Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiyalar Mərkəzi və “İNNOLAND” Akselerasiya Mərkəzinin dəstəyi ilə “Startap Azərbaycan” tərəfindən həyata keçirilir. Müsabiqənin mükafat fondu 12 min AZN müəyyən olunub. Birinci yerin qalibinə 6 min AZN, ikinci yer 4 min AZN, üçüncüyə isə 2 min AZN təqdim olunacaq.

İKT 2019-06-17 13:13:00