×
A
A
A
Sazlamalar

Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 40 faizdən çox artıb

Bakı, 17 iyun, AZƏRTAC

Beş ayda ölkədə əmtəəlik təbii qaz istehsalı 40,4 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-may aylarında 19,6 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilib.
Sənaye məhsulunun 69,9 faizi mədənçıxarma sektorunda, 4,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 2,9 faiz azalıb, əmtəəlik qaz istehsalı 40,4 faiz artıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8 faiz çoxalıb.

Neft - qaz 2019-06-17 11:13:00