Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək
Bakı, 16 iyun, AZƏRTAC
İyulun 18-dən Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu ölkəmizdə səfərdə olan Misirin turizm naziri xanım Rania Al Mashat mətbuat konfransında deyib.
Son illər iki ölkə arasında turist axınının artdığını söyləyən nazir bildirib: “Misirin gəlirlərinin 20 faizdən çoxu turizm sahəsinin payına düşür. Ötən ilin sonundan etibarən turizmin inkişaf planını həyata keçiririk. Bunun nəticəsi olaraq, Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək”.
Qeyd edək ki, iyulun 18-dən etibarən Qazaxıstanın Azərbaycandan beşinci “hava azadlığı” hüququnu qazanan “SCAT Airlines” aviaşirkəti Bakı–Şarm-əl-Şeyx marşrutu üzrə həftəlik reyslər yerinə yetirəcək. Uçuşlar hər cümə axşamı “Boeing 757-200” tipli təyyarələr vasitəsilə reallaşdırılacaq.
Roma tətilləri: şopinq xüsusiyyətləri
Göllər diyarının cazibədarlığı
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib