×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli, “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli və “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1689; 2018, № 5, maddə 1066) ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın 5.3.2-ci yarımbəndinin “Tədbirin adı” sütununda “keçirilməsi” sözü “və əmək birjalarının təşkili” sözləri ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1832; 2018, № 5, maddə 920, № 6, maddə 1196) aşağıdakı dəyişikliklər edilsin:
2.1. adında və 1-ci hissədə “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilsin;
2.2. həmin Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” üzrə:
2.2.1. adında “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilsin;
2.2.2. 1.1-ci bəndin “Tədbirlərin adı” sütununda “Qeyri-rəsmi” sözləri “Qeyri-formal" sözləri ilə əvəz edilsin, “Gözlənilən nəticə” sütununda “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilsin;
2.2.3. 1.3-cü bəndin “Gözlənilən nəticə” sütununda “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilsin;
2.2.4. 1.6-cı bəndin “Tədbirlərin adı” sütununda “Qeyri-rəsmi” sözləri “Qeyri-formal” sözləri ilə əvəz edilsin;
2.2.5. 1.8-ci bəndin “Gözlənilən nəticə” sütununda “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilsin;
2.2.6. 1.9-cu, 1.11-ci və 1.12-ci bəndlərin “Tədbirlərin adı” sütununda “Qeyri-rəsmi” sözləri “Qeyri-formal” sözləri ilə əvəz edilsin, “Gözlənilən nəticə” sütununda “qeyri-rəsmi” sözləri "qeyri-formal” sözləri ilə əvəz edilsin;
2.2.7. 2.1-ci bəndin “Tədbirlərin adı” sütununda “Qeyri-rəsmi əmək münasibətlərinin” sözləri “Qeyri-formal məşğulluğun” sözləri ilə əvəz edilsin;
2.2.8. 2.2-ci bəndin “Tədbirlərin adı” sütununda “Qeyri-rəsmi əmək münasibətlərinin” sözləri “Qeyri-formal məşğulluğun” sözləri ilə əvəz edilsin, “Gözlənilən nəticə” sütununda “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilsin;
2.2.9. 2.4-cü bəndin “Gözlənilən nəticə” sütununda “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilsin;
2.2.10. 2.6-cı bəndin “Tədbirlərin adı" sütununda “proqramlarının” sözü “tədbirlərinin” sözü ilə əvəz edilsin, “Gözlənilən nəticə” sütununda “vətəndaşların” sözü “şəxslərin” sözü ilə əvəz edilsin;
2.2.11. 3-cü hissənin adında “Qeyri-rəsmi” sözləri “Qeyri-formal” sözləri ilə əvəz edilsin;
2.2.12. 3.2-ci bəndin "Tədbirlərin adı” sütununda “Qeyri-rəsmi əmək münasibətlərinin” sözləri “Qeyri-formal məşğulluğun” sözləri ilə və “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilsin, “Gözlənilən nəticə” sütununda “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilsin;
2.2.13. 3.4-cü bəndin “Tədbirlərin adı” sütununda “Yerli icra hakimiyyəti orqanları yanında məşğulluğa kömək üzrə” sözləri “Məşğulluğa kömək göstərən yerli” sözləri ilə əvəz edilsin, “Gözlənilən nəticə” sütununda “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilsin;
2.2.14. 3.5-ci bəndin “Tədbirlərin adı” sütununda “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilsin, “Gözlənilən nəticə” sütununda “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilsin;
2.2.15. 3.6-cı bəndin “Gözlənilən nəticə” sütununda “qeyri-rəsmi” sözləri “qeyri- formal” sözləri ilə əvəz edilsin;
2.2.16. 4.2-ci bəndin “Tədbirlərin adı” sütununda “Qeyri-rəsmi” sözləri “Qeyri-formal” sözləri ilə və “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilsin, “Gözlənilən nəticə” sütununda “qeyri-rəsmi" sözləri “qeyri-formal” sözləri ilə əvəz edilsin;
2.2.17. 4.5-ci bəndin “Gözlənilən nəticə” sütununda “qeyri-rəsmi” sözləri “qeyri- formal” sözləri ilə əvəz edilsin;
2.2.18. 5-ci hissənin adında “Qeyri-rəsmi” sözləri “Qeyri-formal” sözləri ilə əvəz edilsin;
2.2.19. 5.1–5.3-cü bəndin “Tədbirlərin adı” sütununda “Qeyri-rəsmi” sözləri “Qeyri-formal” sözləri ilə əvəz edilsin, “Gözlənilən nəticə” sütununda “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilsin;
2.2.20. 5.4-cü bəndin “Tədbirlərin adı” sütununda “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilsin, “Gözlənilən nəticə” sütununda “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilsin;
2.2.21. 5.5-ci bəndin “Tədbirlərin adı” sütununda “Qeyri-rəsmi” sözləri “Qeyri-formal” sözləri ilə əvəz edilsin, “Gözlənilən nəticə” sütununda “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1893) ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın 5-ci hissəsinin 5.1.3-cü yarımbəndinin 1.3.1-ci tədbirinin ikinci abzasında “qeyri-rəsmi” sözləri “qeyri-formal” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyun 2019-cu il.

Sərəncamlar 2019-06-14 19:28:00