Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souzadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə Portuqaliya xalqı adından və şəxsən öz adımdan ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyur, Sizə əmin-amanlıq, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində şəxsi dəstəyimi bir daha vurğulamaq istərdim.
Cənab Prezident, Sizi bir daha səmimi qəlbdən təbrik edir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,

 

Marselo Rebelo de Souza
Portuqaliya Respublikasının Prezidenti.

Məktublar 2019-06-14 19:37:00