Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə xəbərdarlıq edib

Bakı, 14 iyun, AZƏRTAC 

Paytaxtın Məhəmməd Hadi küçəsi, 51 ünvanında (Ukrayna dairəsi yaxınlığı) yolun altından keçən və “Azərsu” ASC-yə məxsus su xəttində yenidən qəza baş verib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, baş vermiş qəzanın aradan qaldırılması üçün sözügedən qurumun əməkdaşları tərəfindən ərazidə qazıntı işləri aparılır.
Sürücülərdən həmin ərazidə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Tikinti̇ 2019-06-14 17:26:00