×
A
A
A
Sazlamalar

Vergilər Nazirliyi: Regionlardan vergi daxilolmaları 8,6 faiz artıb

Bakı, 14 iyun, AZƏRTAC 

2018-ci ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-may aylarında vergi daxilolmalarında 8,3 faiz artım olub. Regionlardan vergi daxilolmaları isə 8,6 faiz artıb.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, qeyri-dövlət sektoru üzrə vergi daxilolmalarında 10 faiz, qeyri-neft-qaz sektoru üzrə 16,1 faiz, qeyri-neft qaz sektorunun özəl bölməsində 17,6 faiz artım olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin beş ayında məcburi dövlət sosial sığorta yığımları 18,2 faiz, işsizlikdən sığorta məbləğləri isə 72,8 faiz artıb.

Maliyyə 2019-06-14 15:22:00