Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

MİDA ilkin razılıq qərarının alınması ilə bağlı video-çarx hazırlayıb VİDEO

Bakı, 14 iyun, AZƏRTAC 

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda edilən dəyişikliklərdən biri “Güzəştli mənzil” sistemində elektron kabinet verilmiş şəxsin agent banka müraciət edərək ilkin razılıq qərarını alması ilə bağlıdır.
MİDA-nın İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, bu dəyişikliklər istifadəçilərin əldə edə biləcəkləri kreditin məbləğini və müddətini, həmçinin kredit üzrə aylıq ödənişləri öncədən müəyyən edərək düzgün mənzil seçimini etməyə kömək edəcək.
Mənzillərin seçimi zamanı ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını almış və “Güzəştli mənzil” sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər. İstifadəçinin ilkin razılıq qərarının alınması üçün bir neçə agent banka müraciət etməsi mümkündür.
İstifadəçinin müraciətindən sonra ilkin razılıq qərarı bank tərəfindən onun elektron kabinetinin müvafiq bölməsində yerləşdirilir. Daha sonra istifadəçi bu bölməyə daxil olaraq, həmin qərarı elektron qaydada imzalayır.
Agentlik tərəfindən hazırlanan video-çarx ilkin razılıq qərarının alınması ilə bağlıdır.
https://www.youtube.com/watch?v=liTlOozdlaw

 

Tikinti̇ 2019-06-14 13:49:00

Video