×
A
A
A
Sazlamalar

Paytaxtın bəzi ərazilərində rənglənmə işləri aparılır

Bakı, 14 iyun, AZƏRTAC

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə iyunun 14-də axşam saatlarınadək Bakı şəhərinin Nərimanov rayonu, Ağa Nemətulla küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, analoji işlər Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yolunda (Zabrat dairəsindən Pirşağı qəsəbəsinə kimi) axşam saat 22:00-dan səhər saatlarınadək həyata keçiriləcək.
Sürücülərdən sözügedən ərazilərdə müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Tikinti̇ 2019-06-14 12:21:00