×
A
A
A
Sazlamalar

Bu il qlobal neft tələbatı 1,1 milyon barrel artacaq

Bakı, 13 iyun, AZƏRTAC 

Cari ildə Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin xam neft tələbatının gündəlik 30 milyon 500 min barrel olacağı nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir.
OPEC-ə görə, bu il qlobal neft tələbatı isə ötən illə müqayisədə 1 milyon 140 min barrel artaraq sutkada 99 milyon 870 min barrel təşkil edəcək.

Neft - qaz 2019-06-13 18:52:00