×
A
A
A
Sazlamalar

OPEC: Ticarət gərginliyi neft tələbatını azaldır

Bakı, 13 iyun, AZƏRTAC 

Beynəlxalq ticarət gərginliyi qlobal neft tələbatına mənfi təsir göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir.
Bildirilir ki, ilin ötən dövründə qlobal ticarət gərginliyi daha da artıb. Bu, qlobal neft tələbatının daha yavaş artmasına səbəb olub. İlin ilk yarısında qlobal iqtisadiyyatda müşahidə edilən yavaşlama ikinci yarım ildə daha da çətinləşə bilər.

Neft - qaz 2019-06-13 19:46:00