® Müştərilərin rahatlığı üçün “Nar” artıq hipermarketdə
Müştərilərinin rahatlığını və xidmət səviyyəsini daha da artırmaq məqsədilə “Nar” satış nöqtəsi insanların daha çox olduğu məkanlarda da xidmət göstərməyə başlayır. Mobil operator “Bravo” supermarketlər şəbəkəsinin Əhmədli qəsəbəsində yerləşən filialında yeni satış nöqtəsini istifadəyə verib. Hipermarketdə yerləşən satış nöqtəsində “Nar” öz müştərilərinə müxtəlif təkliflərlə xidmət göstərəcək. Müştərilər bu məkanda “Nar” nömrələrini və Wi-Fi ruterini ala, eyni zamanda, SİM kart dəyişikliyi edə bilərlər. Gələcəkdə digər hipermarketlərdə də “Nar” satış nöqtəsinin açılması planlaşdırılır.
Qeyd edək ki, yeni satış nöqtəsi Xətai rayonu, Ramiz Quliyev küçəsi, 4 ünvanında yerləşən “Bravo” hipermarketində yerləşir. İş saatı isə həftənin bütün günləri, saat 10:00–dan 19:00–a qədərdir.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb