Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Viktor Matveyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.
İcazə verin, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) müdiriyyəti və beynəlmiləl kollektivi adından səmimi qəlbdən təbrik edim.
Azərbaycan rəhbərliyinin fundamental və tətbiqi fizika sahəsində bizim beynəlxalq hökumətlərarası elmi-tədqiqat təşkilatı ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə yönəlmiş səylərini yüksək qiymətləndirirəm.
Şadam ki, Azərbaycan ilə BNTİ arasında müttəfiqlik əlaqələri, strateji tərəfdaşlıq və konstruktiv qarşılıqlı fəaliyyət daha da möhkəmlənməkdədir. Bu, Azərbaycan alimlərinin bizim institut çərçivəsində aparılan dünya səviyyəli nadir layihələrdə bundan sonra da fəal iştirak etməsinə imkan verəcək.
Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar, Azərbaycan Respublikasının xalqına isə sülh, firavanlıq və rifah diləyirəm.
Dərin ehtiram və səmimi hörmətlə,

 


Viktor Matveyev
Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru,
Rusiya Elmlər Akademiyasının akademiki

Məktublar 2019-06-13 17:20:00