×
A
A
A
Sazlamalar

Çili Respublikasının Prezidenti Sebastian Pinera Eçenikedən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi Çili Hökuməti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Çili ilə Azərbaycan arasında 1994-cü ildə qurulan səmərəli əməkdaşlıq münasibətləri vaxt ötdükcə xüsusilə beynəlxalq təşkilatlar çərçivəsində beynəlxalq hüquqa hörmət müstəvisində genişlənib və güclənib.
Azərbaycan Respublikasının xalqına bir daha sülh və tərəqqi diləklərimi, şəxsən Sizə ən xoş arzularımı çatdırır, Zati-alinizdən ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,

 

Sebastian Pinera Eçenike
Çili Respublikasının Prezidenti

Məktublar 2019-06-13 17:19:00